0
Friday 6 July 2012 - 15:25

İranlı millət vəkili Azərbaycanı İrana qarşı İsraillə iş birliyinə görə xəbərdarlıq edib

Story Code : 177009
İranlı millət vəkili Azərbaycanı İrana qarşı İsraillə iş birliyinə görə xəbərdarlıq edib
İranlı millət vəkili Azərbaycanı İrana qarşı İsraillə iş birliyinə görə xəbərdarlıq edib
Islam times.org/az/ - Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Hüseyn Nəqəvi deyib: “Azərbaycan gərək müsəlman ölkələrinin maraqları çərçivəsində fəaliyyət göstərə və ABŞ və İsrail rejiminin Azərbaycandan sui istifadəsinə imkan verməyə. ”

O həmçinin qeyd edərək bildirib ki, İsrail rejimi ABŞ Mərkəzi Kəşfiyyat idarəsi ilə əlbir olaraq İrana qarşı kəşfiyyat fəaliyyətlərini artırıblar.

O İranda cəsusluqda ittiham edilərək həbs edilmiş iki Azərbaycanlını nəzərdə tutaraq bildirib: “Azəri cəsuslardan əldə edilmiş sənəd və sübutlar göstərir ki, bu cür əməliyyatların arxasında Sionistlər durur.”

Adının çəkilməsini istəməyən İran Azərbaycanının şimali qərb əyalətindən olan İran rəsmisi deyib ki, əldə edilən sübut və dəlillərə əsasən Şəhriyar Hacızadə və Fərid Hüseynov İrana Azərbaycan Respublikasının milli təhlükəsizlik xidməti olan MTN-nin sifarişi ilə gəliblər. Onların ayrıseçkilik yaratmaq üçün İranda özlərinə tərəfdar toplamaq haqda təlimat aldıqları güman edilir.

İki agent İrana mədəniyyət inistitutunun nümayəndəsinin düzəltdiyi saxta dəvətnamə əsasında gəlmişdilər.
Source : Islamtimes
Comment