QR CodeQR Code

"AB-nin İrana qarşı sanksiyalarına əməl etməyəcəyik"

6 Jul 2012 17:08

IslamTimes - İsveçrə Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacağını açıqlayıb.


"IslamTimes" "Reuters"ə istinadən xəbər verir ki, İsveçrə dövləti Avropa Birliyinin İrandan neft idxalı qadağasına qoşulmayacağını bildirib.

Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacağını açıqlayan İsveçrə öncəki sanksiyalara da eyni cavabı vermişdi. Onlar bu addımın İsveçrənin xarici siyasətinə uyğun olaraq atıldığını bildirir.

Avropa Birliyi cümə günü İrana qarşı növbəti birtərəfli sanksiyaların qüvvəyə minəcəyini açıqlayıb. Elə İsveçrə də bu bəyanatdan sonra sanksiyalara qoşulmayacağını bir daha vurğulayıb. Yeni sanksiyalara əsasən, İrandan neft-kimya sənayesi məhsulları, telekommunikasiya avadanlığı, filiz, almaz kimi məhsulların alınmasına qadağa qoyulub. Onlar İranın nüvə fəaliyyətini durdurmaq bəhanəsi ilə növbəti sanksiyaları qəbul edib.

Nəzərinizə çatdıraq ki, son sanksiyalar qəbul olunmazdan öncə də Yaponiya, Çexiya, Türkiyə, Cənubi Koreya, İndoneziya, Hindistan və Çin kimi dövlətlərə bu sanksiyalardan yayınma icazə verilmişdi.


Story Code: 177017

News Link :
https://www.islamtimes.org/az/news/177017/ab-nin-irana-qarşı-sanksiyalarına-əməl-etməyəcəyik

Islam Times
  https://www.islamtimes.org