QR CodeQR Code

Müsəlmanlara terrorçu deyən Britaniyalı Fotoqraf məhkəmə önünə çıxarılıb

Islamtimes , 6 Jul 2012 19:08

İslamtimes - Britaniyada şəkilləri ilə məşhurlaşan fotoqraf qadın Sinnamon Xitkout Druri, Londonda supermarketlərin birində müsəlman bir ailəni təhqir edərək onlara terrorçu intiharçılar deyərək qalmaqal yaradıb.


islamtimes.org/az/ - Britaniya məhkəməsi isə fotoqraf qadını xuliqanlıq maddəsi ilə ittiham edərək ona qarşı cinayət işi açıb. Vəziyyətin gərginləşdiyini görən fotoqraf qadın etdiyi əməllərin heç birini boynuna almayaraq, məsuliyyətdən yaxa qurtarmaq üçün zərərçəkmişləri ittiham edib.

Drurini məhkəmə ittiham edəndə o bildirib ki, "supermarketlərin birində alış-veriş edən zaman müsəlman əqidəli bir qadına köməklik təklif etdim. Və zarafatla xanımın həyat yoldaşına bildirdim ki, qadınlara ancaq qadınlar yardım edir. Çünki müsəlman xanımın həyat yoldaşı alış-veriş etdiyi üçün xanıma kömək edə bilmirdi. Bu sözümdən sonra kişi mənə rədd ol dedi."

Drurinin bu sözlərindən sonra, prokuror Nərmin Əbdül Səid belə deyib: " Siz onların məsələsinə müdaxilə edib aranı dahada qarışdırmısınız. Sizin onlara köməklik göstərməsi məsələsi rədd edildikdən sonra, siz qışqır bağır salaraq bu məsələyə dözümsüzlük nümayiş etdirmisiniz. Daha sonra müsəlmanları təhqir edərək onlara terrorçu intiharçı damğası vurmusunuz."

Qeyd edək ki, 3 uşaq anası olan müsəlman xanım insident yaşanan zaman hamiləlik dövrünün 7-ci ayında imiş. Və bu qalmaqaldan sonra vəziyyətinin biraz pisləşdiyi məlum olub.


Story Code: 177034

News Link :
https://www.islamtimes.org/az/news/177034/müsəlmanlara-terrorçu-deyən-britaniyalı-fotoqraf-məhkəmə-önünə-çıxarılıb

Islam Times
  https://www.islamtimes.org