QR CodeQR Code

Əhmədinejad:

İran – Misir əlaqələrində heç bir məhdudiyyət yoxdur

Islamtimes , 6 Jul 2012 19:54

İslamtimes - İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, Tehran Misir hökuməti və xalqı ilə bütün əlaqələri səmimi qarşılayır və Şimali Afrika ölkəsi olan Misir ilə əlaqələrin genişlənməsində heç bir məhdudiyyət qoymur.


islamtimes.org/az/ - İlk telefon danışıqlarında Əhmədinejad Misirin ilk demokratik yolla seçilmiş prezidenti olan Muhəmməd Morsini İranda keçiriləcək 16-cı Qoşulmamışlar Hərakatının sammitində iştirak etməyə dəvət edib.

Əhmədinejad deyib: “Sizin Tehranda keçiriləcək Qoşulmamışlar Hərakatının sammitində iştirakınız gələcək danışıqlara müsbət təsir göstərəcək.”

O əlavə edərək deyib ki, Qoşulmamışlar Hərakatı dünyada sülh və təhlükəsizliyi bərpa etmək iqtidarındadır.

İslam Respublikasının rəhbəri Misirin bu hərakatda rolunun danılmaz olduğunu bildirib və Misir ilə İranın bu hərəkat çərçivəsində əməkdaşlığı xeyli müsbət nəticələrə gətirib çıxara bilər.

Əhmədinejad bir daha Morsini Misir prezident seçkilərində qələbə qazanmaq münasibətilə təbrik etmiş və Misir xalqına müvəffəqiyyət və uğur arzulamışdır.

O hər iki plkə arasında olan tarixi və dini əlaqələrdən danışaraq bildirib ki, İranlılar daim Misir xalqına dəstək olacaqlar.

Morsi isə öz növbəsində deyib ki, İran və Misir hər iki xalqın istək və arzularını reallaşdırmq üçün daim bir olacaqlar.

Misirin yeni prezidenti sammit çərçivəsində İran prezidenti ilə görüşəcəyinə ümid bəslədiyini bildirib.


Story Code: 177037

News Link :
https://www.islamtimes.org/az/news/177037/iran-misir-əlaqələrində-heç-bir-məhdudiyyət-yoxdur

Islam Times
  https://www.islamtimes.org