QR CodeQR Code

Siyasi Analitik: Bəhreynin Ali Xəlifə rejimi çökmək üzrədir

Islamtimes , 6 Jul 2012 20:03

İslamtimes - 11 yaşlı Əli Həsən kimi gənclərin Bəhreynin Ali Xəlifə rejiminə qarşı çıxmaları göstərir ki, rejim artıq çökmək üzrədir.


islamtimes.org/az/ - Anti rejim əleyhinə nümayişlərdə iştirak etdiyi üçün həbs edilən Əli Həsən təhlükəsizliyi pozduğu üçün bir neçə il ərzində nəzarətdə olacaq.

Bəhreyn Universitetinin sabiq mühazirəçisi Kolin Kavel deyib: “Əli Bəhreyn inqilabının yeni qəhramanıdır və 11 yaşlı gəncin rejim əleyhinə qalxması göstərir ki, artıq rejim gedər ayağındadır.”

O həmçinin qeyd edərək bildirib ki, ABŞ Behreyn məsələsində sakit qalıb, çünki ABŞ-ın Beşinci Dəniz Donanması krallıqda yerləşir.

Kavel əlavə edərək bildirib ki, Obama noyabr seçkilərində yenidən uğur qazanarsa Vaşinqton əvvəl-axır rejimdən Bəhreyndə struktur dəyişikliklərini etməyi tələb edəcək.

2011-ci ilin fevralından bəri krallıq anti rejim əleyhinə nümayişlərə şahidlik edir. İnqilab zamanı xeyli insan həlak olmuş və bir o qədər insan da həbs edilmişdir.


Story Code: 177039

News Link :
https://www.islamtimes.org/az/news/177039/siyasi-analitik-bəhreynin-ali-xəlifə-rejimi-çökmək-üzrədir

Islam Times
  https://www.islamtimes.org