0
Saturday 7 July 2012 - 08:21

Liviyada parlament seçkiləri

Story Code : 177119
Liviyada parlament seçkiləri
Liviyada parlament seçkiləri
Seçki komissiyasının sədri Nuri əl-Abbarın sözlərinə görə, 2,8 milyon liviyalı, yəni səsvermə hüququ olan vətəndaşların 80%-i seçkilərdə iştirak etmək istədiyini bildiriblər. Parlamentdəki 200 yerə 2639 namizəd iddia edir. Onların arasında həm müstəqil namizədlər, həm də 142 siyasi təşkilatın irəli sürdüyü şəxslər var. 100 mandat ölkənin qərb bölgəsinə, 60 mandat şərq bölgəsinə, 40 mandat isə cənub bölgəsinə düşəcək.

Ümummilli Konqres keçid hökumətini və konstitusiya komissiyasını formalaşdıracaq. Sözügedən komissiya iki ay ərzində yeni Konstitusiyanı hazırlayaraq onu referenduma çıxarmalıdır. Konstitusiya təsdiqlənsə, Liviyada yarım il ərzində yeni parlament və prezident seçkiləri keçirilməlidir.
Comment