0
Saturday 7 July 2012 - 21:58

İsveçrə ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalardan boyun qaçırır

Story Code : 177287
İsveçrə ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalardan boyun qaçırır
İsveçrə ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalardan boyun qaçırır
Islam times.org/az/ - İqtisadi İşlər üzrə İsveçrə Federal Şöbəsi bildirib ki, ABŞ və Avropa Birliyindən olan təziqlərə baxmayaraq İsveçrə İran neftinin alınmasına qoyulan embarqoya tabe olmayacaq.

İsveçrə bildirib ki, İran neftinin, kimyəvi maddələrinin alışı, satışı və transportu haqda qərarı ticarət edən tərəflərin özləri verməlidirlər.

İsveçrə xəbər agentliyinin İsveçrə Xarici İşlər nazirliyinə verdiyi suala cavab olaraq nazir bildirmişdir ki, İsveçrə İran ilə yaxşı münasibətləri davam etdirmək istəyir.

Aprel ayında İsveçrə hökuməti Avropa Birliyi sanksiyalarının tərkib hissəsi olan İran Mərkəzi Bankı ilə olan əməliyyatların dondurulması haqda qərarı da rədd etmişdir.

Keçən ay ABŞ-ın İseveçrədəki səfiri Donald Beyer İsveçrə hökumətinin ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi snksiyalardan boyun qaçırdığı üçün narazılığını bildirmişdir.

1 iyulda ABŞ-ın təziqi ilə Avropa Birliyi İrana qarşı sanksiyaların yeni mərhələsini başlatmış oldu.
Source : Islamtimes
Comment