0
Saturday 7 July 2012 - 22:30

Türkiyə təyyarəsinin vurulmasının təfərrüatları müəyyənləşdi

Story Code : 177295
Türkiyə təyyarəsinin vurulmasının təfərrüatları müəyyənləşdi
Türkiyə təyyarəsinin vurulmasının təfərrüatları müəyyənləşdi
Islam times.org/az/ - Ankara türk kəşfiyyat qırıcı təyyarəsinin vurulması ilə bağlı yeni məlumatlar tapıb. Türkiyə mətbuatının yazdığına əsasən, təyyarəyə atəş açılan nöqtə və əmri verən mərkəz müəyyən edilib.

İki pilotun həlak olması ilə nəticələnən, Suriya ilə Türkiyə arasında gərginliyi daha da artıran təyyarəyə atəş açılan nöqtənin Suriyadakı Ras al-Bassit burnundaki "Al Bassit" raket və təyyarəvuran bölük olduğu müəyyənləşib. Bölüyə vur əmri isə Homsdakı bölgə savaş hərəkat mərkəzindən verilib.

Türkiyə mətbuatı hadisə anında ratsiya danışıqlarının bir hissəsi yayımlayıb. Danışıqlara əsasən hadisə belə baş verib:

RF-4E tipli türk təyyarəsi iyunun 22-də qısa müddətliyinə Suriya hava sərhəddinə daxil olub. Suriyalı əsgərlər şübhəli təyyarə barədə mərkəzə məlumat verirlər. Mərkəzdən isə onlara "siz hava sərhədimizi pozan xarici təyyarələrə nə edəcəyinizi bilməlisiniz" deyə cavab verilir.

Qısa müddətdən sonra atəş açılır və təyyarə vurulur. Bu barədə "Al Bassit" bölüyünə məruzə edilir. Vurulan təyyarənin isə Türkiyəyə məxsus olduğu sonradan məlum olub.

Bütün bu danışıqları Ankara öz imkanları ilə müəyyən edib. Bütün bunlara baxmayaraq ratsiya danışıqlarından təyyarənin nə ilə vurulduğu bilinmir.
Source : ANS
Comment