QR CodeQR Code

Azərbaycan İslam Partiyası Baş Məclisinin bəyanatı

İslamazeri,Faktxeber , 7 Jul 2012 23:55

İslamtimes - Qanunların icrasına nəzarət edən qurumlar yenə də onu öz maraqlarına rəğmən alətəö çevirir, daha çox qoluzorluqla xalqı idarə etməyə çalışırlar.


Ölkəmizin siyasi mənzərəsi, əhalinin sosial həyat tərzi söz,vicdan azadlığı, dini-etiqad azadlığı, xüsusən əhalinin dindar təbəqəsinin real vəziyyəti göstərir ki, dövlət-cəmiyyət münasibətlərində əsas və vəzifə olan hakimiyyətin daxili, xarici siyasətində ciddi nöqsanlar qalmaqdadır. Demokratik cəmiyyət qurmaq, hüquqi dövlət yaratmaq prinsiplərinə zidd olan bəzi mürtəci qanunların qəbul olunması, o cümlədən söz-vicdan azadlığın məhdudlaşdıran qanunlar, məktəblərdə və rəsmi dövlət orqanlarında hicab qadağası, bəzi məhkəmə orqanlarının ədalətsiz qərarlar qəbul etməsi buna əyani sübutdur. Ruhanı alimlərin, hicab müdafiə edənlərin, onları təbliğ edən jurnalistlərin narkotika, silah və başqa şər, böhtanlarla həbs olunması indi təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə, hüquq məsələləri və insan haqları ilə maraqlanan rəsmi təşkilatlarda ciddi narahatlıq və etirazlar yaratması dövlətimizin imicinə ağır zərbələr vurmaqdadır.

Qanunların icrasına nəzarət edən qurumlar yenə də onu öz maraqlarına rəğmən alətəö çevirir, daha çox qoluzorluqla xalqı idarə etməyə çalışırlar.

AİP bəyan edir ki, cəmiyyətdə hakimiyyətin xalqı xof və qorxu altında saxlamaq, qeyri-demokratik prinsiplərlə idarə etmək, qeyri-şəffaf seçkilər keçirmək kimi neqativ addımlarından narazılığı cəmiyyətdə ciddi mərhələyə qədəm qoyub. Yenidən təsis olunmaq və rəsmi qeydiyyatdan keçmək istəyən bir siyasi qurumun rayon təşkilatının sədrinin polis idarəsinə çağrılaraq polis rəisi tərəfindən fiziki zora məruz qalması, döyülməsi artıq dərin böhranlardan, dövlətin polis zopası ilə idarə edilməsindən xəbər verir, Ağstafa rayonunda olduğu kimi..Hesab edirik ki, artıq demokratik islahatlar aparmağın vaxtı çatıb. Siyasi və vicdan məhbuslarının azad olunması xalqımızın və beynəlxalq təşkilatların zəruri tələblərinə çevrilib. Bu istiqamətdə icra və məhkəmə hakimiyyəti orqanlarında islahatlar günün vacib məsələsidir.
Qarabağ düyününün region dövlətləri ilə, həm də Azərbaycan xalqının iradəsi çərçivəsində açılmalı, bəyanatlardan real əmələ keçilməlidir.
AİP Qarabağ problemin həllində bütün vasitələrin tətbiqinin mümkünlüyü prinsipləri ilə bərabər əsas söz sahibi kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini deyil, Azərbaycan dövləti və Azərbaycan xalqını görmək tələbini bu gün də dəstəkləyir, irəli sürür.
AİP Baş Məclisi Beynəlxalq hüquq məsələləri və insan haqları mərkəzlərindən, rəhbərlərindən haqsız yerə həbs olunanların, azad olunmasında səlahiyyətlərindən səmərəli istifadə etməyi,erməni isğalı nəticəsində yersiz, yurdsuz qalmış insanların yaşamaq hüquqlarının bərpa olunmasına səylərini artirmağı tələb edir.


Story Code: 177312

News Link :
https://www.islamtimes.org/az/news/177312/azərbaycan-islam-partiyası-baş-məclisinin-bəyanatı

Islam Times
  https://www.islamtimes.org