0
Monday 9 July 2012 - 01:23

Salehi: İran Əfqanəstana qarşı maliyyə öhdəliklərini yerinə yetirib

Story Code : 177558
Salehi: İran Əfqanəstana qarşı maliyyə öhdəliklərini yerinə yetirib
Salehi: İran Əfqanəstana qarşı maliyyə öhdəliklərini yerinə yetirib
Islam times.org/az/ - İranın Əfqanıstana yardımı 300km-lik yolun bərpası, 207km-lik dəmir yolunun bərpası və xüsusi tibbi yardım üçün nəzərdə tutulan klinikaların su və elektrik enerjisi ilə təmin edilməsi də daxil olmaqla infrastruktur layihələr çərçivəsində həyata keçirilib.

İran xarici işlər naziri bu açıqlamanı Tokyoda Əfqanıstana yardım üçün dünyanın 70-dən çox ölkəsini bir yerə toplaşdığı konfransda edib.

Salehi əlavə edərək deyib: “İran Əfqanıstana maliyyə yardımlarını etməyə, infrastruktur layihələrini həyata keçirməyə və bu sahədə bütün öhdəlikləri həyata keçirməyi davam etdirəcək.”

Salehi on ildən çox bir müddətdə xarici hərbi qüvvələrin Əfqanıstanda olmasına baxmayaraq Asiya ölkəsində terror aktlarının sayı, narkotik qaçaqmalçılığı və təhlükənin xeyli artdığını bildirib.

2001-2011-ci illərin hesabatına əsasən Əfqanıstanda illik tiryək istehsalı 185tondan 5800 tona kimi artıb. Təkcə keçən il istehsal 61% artmışdır.
Source : İslamtimes
Comment