QR CodeQR Code

QARABAĞ MƏSƏLƏSİNİN HƏLLİ MƏNTƏQƏDƏ SÜLHÜN BƏRPASI ÜÇÜN ZƏRURİDİR

31 Dec 2009 16:29

Türkiyə XİN: Qarabağ məsələsinin həlli məntəqədə sülhün bərpa edilməsi üçün zəruridir.


Türkiyə XİN sözçüsü Türkiyə və Ermənistan arasında əlaqələrin yaradılmasının məntəqədə sülhün bərpa edilməsi üçün kifayət etmədiyini və bununla yanaşı Qarabağ məsələsinin də həllinin zəruri olduğunu bildirmişdir.

XİN sözçüsü əlavə edərək, Qarabağ məsələsinin həll olmayacağı təqdirdə məntəqədə sabitliyin yaranmayacağı hamıya bəlli olduğunu bildirmiş və Ermənistan tərəfindən bu məsələ barədə addımların atılacağını gözlədiklərini bildirmişdir.

Türkiyə rəsmisi Minsk qrupuna işarə edərək bildirmişdir: neçə vaxtdır ki, bu qrup dəfələrlə məsələ ilə bağlı məntəqəyə səfərlər etmişdir, amma bu günə kimi biz məsələnin həlli barədə onlar tərəfdən bir addım atıldığının şahidi olmamışıq.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 17758

News Link :
https://www.islamtimes.org/az/news/17758/qarabağ-məsələsinin-həlli-məntəqədə-sülhün-bərpasi-üçün-zəruridir

Islam Times
  https://www.islamtimes.org