QR CodeQR Code

BİR DAHA ATƏŞKƏS POZULMUŞDUR!

31 Dec 2009 17:14

Erməni hərbiçiləri ötən gün atəşkəsi pozmuşlar.


Lent.Az-a istinadən əldə edilmiş məlumata əsasən Ermənistan Silahlı Qüvvələri ötən gün saat 18.15-dən 18.35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərindəki mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən ermənilər saat 23.20-dən 23.30-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 17760

News Link :
https://www.islamtimes.org/az/news/17760/bir-daha-atəşkəs-pozulmuşdur

Islam Times
  https://www.islamtimes.org