0
Monday 9 July 2012 - 23:33

Pakistanda ABŞ əleyhinə xalq aksiyaları davam edir

Story Code : 177876
ABŞ, USA, Hərbi, Pakistan
ABŞ, USA, Hərbi, Pakistan
Etirazçılar Lahor şəhərindən bir karvan təşkil edərək hərəkətə başlayıblar. Digər şəhərlərdə də xalq onlara qoşularaq bu gün bazar ertəsi paytaxt İslamabada daxil olacaq və NATO-nun yolunun açılması və Amerikanın bu ölkədə müdaxiləsinə qarşı öz qəzəblərini nümayiş etdirəcəklər.



Pakistan hökuməti Əfqanıstanla sərhəddə 24 pakistanlı hərbçinin həlak olması ilə nəticələnən ABŞ ordusunun avia hücumlarına etiraz olaraq NATO-nun Əfqanıstana tədarük karvanlarının yolunu bağlamışdı. Lakin 7 aydan sonra bu həftə ABŞ-ın bu hadisə ilə bağlı rəsmi üzr istəməsindən sonra bu yolu yenidən açıb.



NATO-nun tədarük karvanları üçün yolun yenidən açılması xəbərinin yayımlanmasından sonra Pakistanın müxtəlif siyasi və dini partiyaları hökumətin bu qərarına qarşı kəskin müxalif olduqlarını bildirib və qeyd ediblər ki, NATO-nun tədarük karvanlarının bu ölkə torpağından keçmələrinə icazə verməyəcəklər.



Bir neçə gün öncə də Kvetta əhalisi NATO-nun tədarük karvanları üçün Pakistandan Əfqanıstana yolun yenidən açılmasına etiraz olaraq ABŞ və NATO bayrağını və Obamanın şəklini yandırıb.



Bu qərara etiraz təkcə Kvetta ilə məhdudlaşmayıb və Pakistanın islamçı qrupları bu ölkənin hər bir yerində etiraz aksiyaları keçiriblər.



Kvettadan əlavə Karaçi və Sind əyalətində də aksiyalar keçirilib.



Pəncab əyalətinin mərkəzi Lahurda da islam cəmiyyəti olan Əhli-Hədis cəmiyyətindən əlavə digər qruplar da aksiyalarda iştirak ediblər və NATO-nun tədarük karvanlarının yolunun yenidən açılmasını pisləyiblər.


Heydərabad, Səkur, Multan, Feysəlabad, Gucran Vala, Ravelpendi, Pişavər, İsmayıl xan dərəsi və Deyrdə də aksiyalar keçirilib.


Bununla belə NATO-nun tədarük karvanlarının ilk qrupu 3 gün öncə Pakistanın şimalından Əfqanıstana daxil olub. /Azeri.irib/
Comment