QR CodeQR Code

Sergey Lavrov Suriya müxalifəti ilə görüşdü

10 Jul 2012 08:40

IslamTimes - Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Suriya müxalifətinin təmsilçiləri ilə görüşüb


Suriya müxalifətinin insan hüquqları müdafiəçisi Mişel Kilonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən S. Lavrov Suriyada baş verən silahlı münaqişələrin iqtidar və müxalifət arasında dialoqa mane olduğunu bildirib. Suriyadakı şiddətin bir an öncə dayandırılmalı olduğunu söyləyən Rusiyanın baş diplomatı “Annan planı”nın həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Rusiya Suriya hökuməti və müxalifəti ilə görüşərək “Annan planı”nı həyata keçirilməsinə çalışan ölkələrdən biridir. Cenevrədə əldə etdiyimiz razılıq bir an öncə həyata keçirilməlidir”.


Story Code: 177925

News Link :
https://www.islamtimes.org/az/news/177925/sergey-lavrov-suriya-müxalifəti-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org