0
Tuesday 10 July 2012 - 20:20

İslamçı məhbusun qanında xərçəng tapılıb

Story Code : 178010
Vaqif Abdullayev - Xərçəng
Vaqif Abdullayev - Xərçəng
“Həkimlər rəy veriblər ki, o qapalı şəraitdə saxlanıla bilməz”

“Vaqif Abdullayevin qan nümunələri Onkologiya xəstəxanasına göndərildikdən sonra məlum olub ki, AİP funksionerinin qanında xərçəng xəstəliyi var.” Bu barədə lamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimli məlumat verib. Natiq Kərimli bildirdi ki, artıq bununla bağlı ictimai kampaniyaya başlayıblar və yaxın günlər ərzində hüquq müdafiəçilərinin və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək: “Artıq Vaqif Abdullayevin sənədlərinin toplanması ilə bağlı işlər görülür. Həkimlər rəy veriblər ki, o qapalı şəraitdə saxlanıla bilməz. Həkimlərin ümumi rəyindən sonra ola bilsin ki, Vaqif Abdullayev azadlığa buraxıldı.”

Natiq Kərimli onu da bildirdi ki, Vaqif Abdullayevlə bağlı Qırmızı Xaç Cəmiyyətinə məlumat verib: “Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bu gün Vaqif Abdullayevlə görüşməlidirlər. Vaqif Abdullayevin ailəsi və İslamçıların Müdafiə Komitəsi lazım olacaq bütün tədbirləri və müraciəti həyata keçirəcəyik.”

Qeyd edək ki, Vaqif Abdullayevin qanında xərçəngin olması ilə bağlı yayılan məlumatları vəkil Anar Qasımlı da təsdiqləyib. Digər tərəfdən bu gün İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev Vaqif Abdullayevlə görüşəcək. /Hicab.org/
Comment