QR CodeQR Code

İsrailin sabiq baş naziri həbs oluna bilər

10 Jul 2012 21:03

IslamTimes - İsrailin sabiq baş naziri Ehud Olmert 5 il azadlıqdan məhrum edilə bilər.


"IslamTimes" "Itar-Tass" saytına istinadən xəbər verir ki, İsrailin sabiq baş naziri Ehud Olmert 5 il azadlıqdan məhrum edilə bilər. Olmert vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. O 2003-2005-ci illərdə sənaye naziri olduğu vaxt külli miqdarda rüşvət alıb. Bu rüşvət Olmertə seçki yardımı adı altında biznesmen Morris Talanski tərəfindən çatdırılıb. Olmert Yerusəlimdə mer seçkilərindəki saxtakarlığa görə də cavab verməlidir.


Story Code: 178028

News Link :
https://www.islamtimes.org/az/news/178028/israilin-sabiq-baş-naziri-həbs-oluna-bilər

Islam Times
  https://www.islamtimes.org