0
Wednesday 11 July 2012 - 13:27

Annan Suriyaya hərbi müdaxilə istəmir

Story Code : 178253
Annan Suriyaya hərbi müdaxilə istəmir
Annan Suriyaya hərbi müdaxilə istəmir
Cenevrədə Suriya böhranı üzrə keçirilən konfransın yekunları üzrə qərara alınıb ki, bu problemin həlli zamanı hərbi müdaxilədən qaçmaq lazımdır. Bu barədə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi elçisi Kofi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə birgə mətbuat konfransında bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı MEHR agentliyi xəbər verir.

"Suriya böhranının həllində münaqişə edən hər iki tərəfin silahı yerə qoymasına nail olmaq, eləcə də hərbi müdaxilədən qaçmaq lazımdır. Böhran sülh yolu ilə həll olunmalıdır", - Annan qeyd edib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədlə görüşdə münaqişənin həlli yolları müzakirə olunub.

Annan qeyd edib ki, İran Suriya böhranının həllində mühüm rol oynayır.

Öz növbəsində, İran XİN-in rəhbəri Salehi bildirib ki, bəzi ölkələr Annanın sülh planı çərçivəsində qəbul edilən müsbət ölçülərdən narahat olublar. Ona görə də, onlar xüsusi nümayəndənin fəaliyyətinə mane olmağa çalışırlar.
Comment