0
Wednesday 11 July 2012 - 22:23

ABŞ həyəcan təbili çaldı

Story Code : 178392
ABŞ həyəcan təbili çaldı
ABŞ həyəcan təbili çaldı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresə İranla bağlı yeni hesabat təqdim edib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Leon Panettanın imzası ilə Konqresə təqdim olunmuş sənəddə bildirilir ki, İran Silahlı Qüvvələrini gücləndirib: “Belə ki, İran qısa və uzaq mənzilli ballistik raketlərin sınağını uğurla həyata keçirib. 2015-ci ildə bu ölkə artıq qitələrarası ballistik raketləri də sınaqdan keçirmək imkanı əldə edəcək. Çünki hazırda buna potensial imkanları var. İran artıq “Şahab-3” uzaqmənzilli dağıdıcı raketlərini sınaqdan keçirir. Bu raketlər Şərqi Avropaya və İsrailə qədər məsafə qət etmək və düşən ərazilərə ciddi zərər vurmaq imkanına malikdir”.
Comment