QR CodeQR Code

ABŞ həyəcan təbili çaldı

11 Jul 2012 22:23

IslamTimes - ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresə İranla bağlı yeni hesabat təqdim edərək, İslam Respublikasının qüdrətinə etiraf edib.


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresə İranla bağlı yeni hesabat təqdim edib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Leon Panettanın imzası ilə Konqresə təqdim olunmuş sənəddə bildirilir ki, İran Silahlı Qüvvələrini gücləndirib: “Belə ki, İran qısa və uzaq mənzilli ballistik raketlərin sınağını uğurla həyata keçirib. 2015-ci ildə bu ölkə artıq qitələrarası ballistik raketləri də sınaqdan keçirmək imkanı əldə edəcək. Çünki hazırda buna potensial imkanları var. İran artıq “Şahab-3” uzaqmənzilli dağıdıcı raketlərini sınaqdan keçirir. Bu raketlər Şərqi Avropaya və İsrailə qədər məsafə qət etmək və düşən ərazilərə ciddi zərər vurmaq imkanına malikdir”.


Story Code: 178392

News Link :
https://www.islamtimes.org/az/news/178392/abş-həyəcan-təbili-çaldı

Islam Times
  https://www.islamtimes.org