0
Wednesday 11 July 2012 - 23:30

Analitik: İsrail hücum edərsə İran onu darmadağın etmək qabiliyyətindədir

Story Code : 178407
Analitik: İsrail hücum edərsə İran onu darmadağın etmək qabiliyyətindədir
Analitik: İsrail hücum edərsə İran onu darmadağın etmək qabiliyyətindədir
Islam times.org/az/ - Dərc edilmiş məqalədə Gordan Duff bildirib ki, əgər hücum olarsa İsrail ordusu İranlılar tərəfindən çox asanlıqla məğlub ediləcək, çünki İsrail ordusunun taktiki hərəkət qabiliyyəti çox zəifdir və artıq İsrail əhalinin icbari hərbi xidmətə son qoyulması tələbi ilə üz-üzədir.

O deyib: “Gənc İsraillilər deyirlər ki, onlar mütəmadi olaraq müharibə haqda xəbərlər eşitməkdən beziblər və daha Likud partiyasının müharibə haqda təhdidlərinə inanmırlar.”

Analitik bildirib ki, artıq ultra ortodoks yəhudilər hərbi xidmətdən kənarlaşdırılıblar və İsrail gənclərinin 50%-i də hərbi xidmətə getməkdən imtina edirlər.

Duff əlavə edərək bildirib: “İsrail hərbisi ilə yaxından tanış olan sabiq ABŞ zabiti ilə söhbətdə mənə dedi ki, İsrail ordusunun yalnız bir neçə hissəsi birinci dərəcəli hazırlığa malikdirlər, yerdə qalanları isə zəif döyüş qabiliyyətinə malikdirlər.”

O əminliklə bildirib ki, İsrail İrandan qorxduğuna görə digər ölkələri İran ilə müharibəyə cəlb etmək üçün əlindən gələn fitnə və hiyləni edəcək.

O deyib: “İsrail ABŞ-a və ya onun Fars Körfəzindəki ordusuna və yaxud da çox ehtimal ki, London Olimpiyadasına hücum təşkil etmək və bu hücumu İranın ayağına yazmaqla İrana qarşı təcili surətdə müharibə başlatmaq istəyir.”
Source : İslamtimes
Comment