QR CodeQR Code

Hörmüz boğazının bağlana bilər

12 Jul 2012 10:41

IslamTimes - İranlı deputat: “İran öz neftini ixrac edə bilməyəcək şərtlərlə qarşılaşdığı zaman Hörmüz boğazının bağlanılması qaçılmaz olacaq”


“İran neftini ixrac edə bilməsə, Hörmüz boğazını bağlayacaq”. Bu sözləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Seyid Hüseyn Nəqəvi Hüseyni bildirib.
Onun sözlərinə görə, İran xalqı sanksiyalarla bağlı imtahanını verib və düşmən təzyiqlərinə qarşı müqavimət göstərdiyini həmişə nümayiş etdirib: “İran xalqı başqa ölkələrlə müqayisədə ən kiçik iqtisadi çətinliklə küçələrə tökülüb etiraz nümayişi təşkil edəcək cinsdən deyil”.
N. Hüseyni deyib ki, İran həm beynəlxalq qaydalar, həm də hərbi güc baxımından Hörmüz boğazını öz idarəsi altına alıb bağlaya biləcək gücdədir: “Lakin bunu da diqqətə almaq lazımdır ki, sanksiyalara qarşı ən əhəmiyyətli və ən yaxşı həll milli əzm və iradədir. Ancaq İran öz neftini ixrac edə bilməyəcək şərtlərlə qarşılaşdığı zaman Hörmüz boğazının bağlanılması qaçılmaz olacaq. Mövcud şərtlərdə belə bir şey söz mövzusu olmadığı üçün Hörmüz boğazı yüksək təhlükəsizlik içərisində olacaq”. /HaqqYolu/


Story Code: 178483

News Link :
https://www.islamtimes.org/az/news/178483/hörmüz-boğazının-bağlana-bilər

Islam Times
  https://www.islamtimes.org