QR CodeQR Code

Cinayətkar rejimin növbəti qurbanı

12 Jul 2012 11:29

IslamTimes - AİP-in həbsdə olan sədr müavini Vaqif Abdullayev dünyasını dəyişib.


Bu barədə FaktXeber.com-a mərhumun yaxınları məlumat verib. Ailə üzvlərinin verdiyi məlumata görə, Vaqif Abdullayev Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib. Ailə üzvləri həmçinin bildiriblər ki, dünən Vaqif Abdullayevlə görüşmək istəmələrinə baxmayaraq, onlara görüş üçün icazə verilməyib.

Qeyd edək ki, bir müddət öncə Vaqif Abdullayevin qan nümunələri Onkologiya xəstəxanasına göndərildikdən sonra məlum olub ki, AİP funksionerinin qanında xərçəng xəstəliyi var. Həkimlər onun xəstəliyi ilə əlaqədar qapalı şəraitdə saxlanıla bilməməsi rəyini vermiblər. Buna baxamayaraq onun azadlığa buraxılmasına və ailə üzvləri ilə görüşünə icazə verilməmişdi.

Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb.

Allah rəhmət eləsin.


Story Code: 178516

News Link :
https://www.islamtimes.org/az/news/178516/cinayətkar-rejimin-növbəti-qurbanı

Islam Times
  https://www.islamtimes.org