QR CodeQR Code

Əhmədinejad: Yaxın Şərq üçün uzun müddətli təxribat və sui qəsdlər hazırlanıb

İslamtimes , 12 Jul 2012 15:13

İslamtimes - İran Prezidenti Mahmud Əhmədinejad düşmənlər tərəfindən İsrail rejiminin gələcəyini təmin etmək üçün Yaxın Şərqə qarşı uzun müddətli təxribat və sui qəsdlər hazırlandığını bildirib.


islamtimes.org/az/ - Prezident Əhmədinejad İraq Ali İslami Konsulluğunun sədri Əmmar Həkim ilə görüşündə deyib: “İnsanlığın düşmənləri Yaxın Şərqə qarşı uzun müddətli planlar cızıblar və regiondakı halhazırkı şəraiti öz xeyirlərinə dəyişmək istəyirlər.”

O əlavə edərək deyib ki, hegamon güclər İsrail rejiminin təhlükəsizliyini təmin etmək və xalqlar üzərində hegamonluğu qoruyub saxlamaq üçün əllərindən gələni edirlər.

İran rəhbəri regional məslələrə qarşı beynəlxalq yanaşma tərzindən istifadə edilməsinin mühümlüyünü nəzərə çatdırmışdır.

Prezident Əhmədinejad deyib: “Qlobal güclərin məhv olmasının astanasında olduğumuz hazırkı şəraitdə hegamon güclər bu məhvdən qurtulmağın yollarını axtarırlar və müstəqil və ədalət axtarışınd olan xalqlar gərək bu güclərin öz məqsədlərinə çatmasına imkan verməsinlər.”

O region dövlətlərini və xalqlarını ayıq-sayıq olmağa və müstəqillik qazanmaq üçün güclərini səfərbər etməyə çağırıb.

İran prezidenti daha sonra deyib ki, düşmənlər İran xalqının inkişafının qarşısını almaq üçün əllərindən gələn bütün maneələri yaratmış, ancaq onlar bu cür tədbirlərlə heç vaxt İran xalqı qarşısında dura bilməyəcəklər.

Həkim isə öz növbəsində İslam Respublikasının regiondakı müxtəlif münaqişə və böhranların qarşısını almaqda mühüm rol oynadığını vurğulayıb.


Story Code: 178610

News Link :
https://www.islamtimes.org/az/news/178610/əhmədinejad-yaxın-şərq-üçün-uzun-müddətli-təxribat-və-sui-qəsdlər-hazırlanıb

Islam Times
  https://www.islamtimes.org