QR CodeQR Code

Vaqif Abdullayevin cənazəsi torpağa tapşırılıb

SalamNews , 12 Jul 2012 20:18

İslamtimes - Ümumilikdə, mərasimə 300-ə yaxın insan qatılıb. Onlar “Allahu Əkbər!”, “La ilahə iləllah!”, “Zillət bizdən uzaqdır!”şüarlarını səsləndiriblər.


Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin cənazəsi bu gün Dədə Qorqud qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun qohumları ilə bərabər, partiyanın rəhbərliyi və üzvləri, həmçinin sıravi dindarlar iştirak ediblər. Ümumilikdə, mərasimə 300-ə yaxın insan qatılıb. Onlar “Allahu Əkbər!”, “La ilahə iləllah!”, “Zillət bizdən uzaqdır!”şüarlarını səsləndiriblər.

Dəfndə iştirak edənlər əllərində Azərbaycanın və partiyanın bayraqlarını, AİP sədri Mövsüm Səmədov və onunla birgə həbs edilənlərin şəkilləri əks olunan plakatları tutublar.


Story Code: 178671

News Link :
https://www.islamtimes.org/az/news/178671/vaqif-abdullayevin-cənazəsi-torpağa-tapşırılıb

Islam Times
  https://www.islamtimes.org