QR CodeQR Code

ABŞ-ın təyyarə daşıyıcısı hərbi dəniz gəmisi Fars körfəzinə doğru

İslamtimes , 12 Jul 2012 22:20

İslamtimes - Bu gəmi Fars Körfəzindən geri qayıdandan sonra bir müddət Vaşinqtonda Kitseps hərbi bazasında qalmalı idi.


islamtimes.org/az/ - ABŞ-ın hərbi təyyarə daşıyıcısı olan "John C. Stennis" nüvə gəmisi, birdən-birə Ərəb dəniz sularından Yaxın-Şərqə İran sahillərinə tərəf kurs götürməyə başlayıb.

Bu gəmi Fars Körfəzindən geri qayıdandan sonra bir müddət Vaşinqtonda Kitseps hərbi bazasında qalmalı idi. Daha sonra isə Sakit Okeana tərəf hərəkət edəcəkdir. Amma bilinməyən səbəblərə görə, bu gəmi geri qaytarılaraq Fars Körfəzinə doğru hərəkət etdirilib.

Artıq Avqust ayında Gəminin ara çatacağı ehtimal edilir. Fars Körfəzində ABŞ qırıcı təyyarələri üç dəfə artırılıb. USS Enterprise, CVN-65 və USS Abraham Lincoln, CVN-72 hərbi təyyarə daşıyan gəmilər Fars Körfəzindədirlər. Əldə edilən məlumata görə, iri hərbi desant gəmisi də artıq Fars Körfəzində yerləşdirilib.


Story Code: 178684

News Link :
https://www.islamtimes.org/az/news/178684/abş-ın-təyyarə-daşıyıcısı-hərbi-dəniz-gəmisi-fars-körfəzinə-doğru

Islam Times
  https://www.islamtimes.org