0
Thursday 12 July 2012 - 22:36

Haqq Yolu İnstitutu bəyanat yaydı

Story Code : 178687
Haqq Yolu İnstitutu bəyanat yaydı
Haqq Yolu İnstitutu bəyanat yaydı
Rəhman və Rəhim Allahın adı ilə.

Bu gün acı bir xəbər aldıq: AİP-in həbsdə olan sədr müavini Vaqif Abdullayev dünyasını dəyişib. Xalqı bəzi xəbərlər səfərbər edir, bəzi xəbərlər parçalayır. Vaqif Abdullayevin ölüm xəbəri Azərbaycan dini kəsimini, vicdanlı insanları bir daha zülmə qarşı səfərbər etdi. Bu qəfil ölüm deyildi. Vaqif Abdullayev həbsə alındığı gündən ağır xəstəlikdən əziyyət çəkirdi. O, bir ailə başçısı, ata, baba, ən önəmlisi vətəndaş idi. Onun yaşamaq, yaratmaq, zülmə qarşı çıxmaq haqqı vardı. Torpağının alt-üstü qızıl Azərbaycanın sərvətlərində, ab-havasında şəhid islamçının da payı vardı. Ondan Allahın verdiyi payı aldılar – ömür payını, sevinc payını, zövq almaq payını. Bu zorən ölümdən ləzzət aldılar. “Biri azaldı” deyib bayram etdilər. Bir kamera, bir dəmir çarpayı, bir taburet boş qaldı.
Qoy cinayətkar rejim iman ovunu davam etdirsin, dini kəsimin məhvi üçün sionist həmkarlarının layihələrini işə salsın, xalq, dindarlar, hətta ailələr çirkin fitnəkarlıqlarla parçalansın. Bu rejimi yola salmaq üçün min fədai bəs edərkən xalqı min yerə parçaladılar, min partiya, min qrupda cəbhələşdirib bir-birinin üstünə saldılar. Avtoritarizm ona qarşı çıxanları timsah kimi kamına çəkməkdədir. Elmar Hüseynovun qətli ilə başlayan (araşdırsaq ondan öncə onlarla vətənsevər məhv edilib) dövlət terroru bu gün Vaqif Abdullayevi bizdən aldı.
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu Azərbaycan xalqına müraciət edir: Allaha, Azərbaycana, Vicdana xatir kin-küdurətləri, ambisiyaları kənara qoyaq, əl-ələ verib bu repressiyalara dayan deyək. Unutmayın ki, bir vətəndaş belə bu fəlakətdən amanda deyil – nə şiə və sünni dindar, nə radikal və liberal müxalifətçi, bir sözlə heç bir azərbaycanlı!
Haqq Yolu İnstitutu əzabkeş xalqımıza, dini cəmiyyətimizə, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

HaqqYolu
Source : Haqqyolu
Comment