0
Friday 13 July 2012 - 07:09

Rejim ailəvi həbsə keçdi

Story Code : 178742
Rejim ailəvi həbsə keçdi
Rejim ailəvi həbsə keçdi
İstintaq Gülağa Ağayevi Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun rayonda keçirdiyi müşavirədəki çıxışından videonu hazırlatmaqda və yaymaqda, nəvəsini isə həmin videonu internetdə yerləşdirməkdə ittiham edir. Gülağa Ağayevin saxlanılan nəvəsi 20-25 yaşlarında bir gəncdir. O, Gülağa Ağayevin qızının oğludur, Quba rayon sakinidir.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının 1 dəqiqə 18 saniyəlik videosu yayılıb.
Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Hadisələrə görə 30-dan çox adam istintaqa cəlb olunub. Onlardan bir qismi barəsində həbs qətimkan tədbiri seçilib. /Mediaforum/
Comment