0
Friday 13 July 2012 - 14:02

Analitik: Səud rejiminə qarşı məşhur nümayişlər tarix yazacaq

Story Code : 178793
Analitik: Səud rejiminə qarşı məşhur nümayişlər tarix yazacaq
Analitik: Səud rejiminə qarşı məşhur nümayişlər tarix yazacaq
www.Islam times.org/az/ - Əhməd deyib: “Səudiyyə hökuməti Şərq əyalətinidə yerləşən Qətifdə nümayişçiləri öldürməyə çalışır, çünki onlar fikirləşirlər ki, bir şiəni qətlə yetirməklə 10 sününü (vəhhabini) qorxutmuş olurlar.”

Körfəz ölkələrinin işləri üzrə inistitutun direktoru Əli Əhməd deyib: “Səudiyyə Ərəbistanında minlərlə insanın etirazı tarix yaradacaq.”

Əhməd əlavə edərək deyib ki, Səudiyyə Ərəbistan xalqı artıq ayağa qalxır və bu qalxma tezliklə bütün ölkəni bürüyəcək.

O bu açıqlamanı Şərq əyalətində yerləşən Qətifdə Səudiyyə təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı atəş açaraq 3 etirazçını öldürdükdən və bir çox insanı yaraladıqdan sonra etmişdir.

2011-ci il fevral ayından etibarən Səudiyə Ərəbistanın Qətif və Avamiyə şəhərlərində etirazçılar siyasi məhbusların azad edilməsi, söz və ifadə azadlığı tələbləri ilə nümayişlər keçiriblər.

Eyni tipli nümayişlər həmçinin paytaxt Riyadla yanaşı müqəddəs Mədinə şəhərlərində də keçirilib.
Source : İslamtimes
Comment