0
Saturday 14 July 2012 - 00:36

Pentaqon İran raket sisteminin effektiv və ölümcül olduğunu qəbul edib

Story Code : 178905
Pentaqon İran raket sisteminin effektiv və ölümcül olduğunu qəbul edib
Pentaqon İran raket sisteminin effektiv və ölümcül olduğunu qəbul edib
Islam times.org/az/ - Blumberqin çərşənbə günü Pentaqon tərəfindən dərc edilən 29 iyun hesabatına əsasən verdiyi məlumata görə İran mövcud raket sisteminin effektivliyini xeyli artırmış və daha geniş əraziləri dağıtmaq qabiliyyətini ələ gətirmişdir.

ABŞ müdafiə naziri Leon Panetta tərəfindən imzalanan hesabat keçən həftə İranın hərbi gücünü qiymətləndirilməsi üçün ABŞ konqresinin dört müdafiə komitəsinə təqdim edilmişdir.

Hesabatda bildirilir ki, İran raket sistemi qabiliyyətinin inkişaf etdirilməsi ballistik raket sisteminin mütəmadi olaraq sınaqdan keçirilməsi ilə paralel şəkildə həyata keçirilir.

İranın qısa məsafəli ballistik raketləri uçuş zamanı gəmilərin yerini aşakar etmək və onlara qarşı müxtəli maneverlər etmək qabiliyyətindədir.

Bu texnalogiya həmçinin yer üzərində olan hədəfləri də vurmaq qabiliyyətindədir.

Konqres tədqiqat xidmətinin İran üzrə şərhçisi Kennes Katsman deyib ki, ABŞ hökuməti tərəfindən təqdim edilən əvvəlki hesabatlar həmişə İran raket sistemini effektiv və dəqiqlik cəhətindən zəif olduğunu bildirirdi. Ancaq bu səfərki hesabatda İranın gücü lazımi səviyyədə və dəqiq şəkildə dəyərləndirilib.

İyul ayının əvvəllərində İslam İnqilabının Keşikçi Korpusu Böyük Peyğəmbər 7 adlanan üç günlük təlim zamanı yerli istehsal olan raketlərin sınağını keçirmişdir.
Source : İslamtimes
Comment