0
Saturday 14 July 2012 - 22:30

Hökumətə qarşı inqilabi çıxışlar dalğası Mədinə şəhərini bürüyüb

Story Code : 179130
Saudi Arabia
Saudi Arabia
"FarsNews" xəbər verir ki, ölkənin hüquq-mühafizə qüvvələri müxalifətin şiə liderlərindən olan şeyx Nəmər Baqer əl-Nəmərə və onu müşaiyət edənlərə hücüm ediblər. Hücum nəticəsində şeyx xəsarət alıb və naməlum istiqamətdə aparılıb. Hazırda Səudiyyə Ərəbistanının Əl-Şərqiyyə əyalətinə gənclərin inqilabi çıxışlarının qarşısının alınması üçün hökumət ordusu yerləşdirilib.

Əl-Katif şəhərinin tanınmış alimləri və ictimai xadimləri kral Abdalla ben-Əbdül Əzizə ölkədə toqquşmaların qarşısının alınması üçün islahatlar həyata keçirilməsi, əsir götürülmüş şeyx Əl-Nəmərin azad olunması üçün müraciət ediblər.

İnqilabçıların bəyanatında deyilir ki, əks tədqirdə gözləniməyən nəticələrə görə, məsuliyyəti hökumət daşıyacaq. Hökumətə 5 günlük möhlət verilir. Əgər tələblər həyata keçirilməsə, Daxili İşlər Naziliyinin yerli idarələri hücuma məruz qalacaq və ölkənin şərqində yerləşən qazma qurğuları yandırılacaq”. (SalamNews)
Comment