0
Saturday 14 July 2012 - 22:46

İngiltərənin Mi 6 təşkilatı İrana qarşı gizli əməliyyatları etiraf edib

Story Code : 179136
İngiltərənin Mi 6 təşkilatı İrana qarşı gizli əməliyyatları etiraf edib
İngiltərənin Mi 6 təşkilatı İrana qarşı gizli əməliyyatları etiraf edib
PressTV-nin verdiyi məlumata görə, Con Soyers İngiltərənin xarici siyasət xidmətinin sədri vəzifəsinə gəlməsi zamandan özünün ikinci çıxışında bu orqanın məmurlarının İranın nüvə fəaliyyətlərinə qarşı gizli əməliyyatlarda iştirak etməsindən xəbər verib.

O iddia edibdir ki, Tehran nüvə silahına yiyələnmək ardıncadır və əgər ingiltərəli casuslar İranın nüvə fəaliyyətlərinin qarşısını almış olmasaydılar, bu ölkə 2008-ci ildə bu növ silahına yiyələnəcəkdi.

Amerika və bu ölkənin qərbli müttəfiqləri İranı nüvə silahına yiyələnməyə səydə ittiham edərək bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər.

Atom enerjisi üzrə beynəlxalq agentlik isə indiyədək İranın nüvə proqramı fəaliyyətlərində heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib.

Rəsmi Tehran dəfələrlə bu ittihamları rədd edərək atom enerjisi üzrə beynəlxalq agentliyin üzvü kimi sülhsevər nüvə texnologiyasına malik olmaqda haqlı olduğunu bildiribdir. /Azadxeber/
Comment