QR CodeQR Code

Tehran Suriya böhranının həllinə yardım etməyə hazırdır

14 Jul 2012 22:52

IslamTimes - İran XİN nümayəndəsi Ramin Mehmanpərəst rəsmi Tehranın Suriya böhranının həlli üzrə danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib


O deyib: “İran böhranının bütün regionda yayılmaması üçün Suriyada sabitliyin və təhlükəsizliyin bərpa olunmasında mühüm rol oynamağa hazırdır”.

Şənbə günü yerli qəzetlərdə dərc olunmuş şərhlərində İran XİN nümayəndəsi üsyançıları silahla təmin edən ölkələri tənqid edib: “Münaqişəni qızışdırmaq və Suriyanı vətəndaş müharibəsinə sövq etmək əvəzinə, bu ölkələr iqtidar və müxalifət arasında dialoq yaratmaq üçün öz nüfuzlarından istifadə etməlidirlər”. (SalamNews)


Story Code: 179138

News Link :
https://www.islamtimes.org/az/news/179138/tehran-suriya-böhranının-həllinə-yardım-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org