0
Sunday 15 July 2012 - 13:57
Hicaz Hizbullahı bəyanat verdi

Ayətullah Nemer azad edilməzsə neft quyularını yandırarıq!

Story Code : 179300
Ayətullah Nemer azad edilməzsə neft quyularını yandırarıq!
Ayətullah Nemer azad edilməzsə neft quyularını yandırarıq!
Islam times.org/az/ - Səudiyyə Ərəbistanının Əl Qətif bölgəsindəki inqilabçı gənclər, ölkənin təhlükəsizlik güclərindən Şeyx Nemer Baqir Ali Nemerin sərbəst buraxılmasını tələb ediblər. Əks halda Qətif inqilabçılarının buna qarşı göstərdikləri reaksiyada Səud rejimi məsuliyyət daşıyacaq kimi bəyanatlar səsləndiriblər.

"Xuda Online" xəbər saytının bildirdiyinə görə, İnqilabçı Əl Qətif gəncləri dünən bir məlumat nəşr edərək, Şeyx Niemerin sərbəst buraxılması üçün Ali-Səud səlahiyyətlilərinə 5 gün vaxt verdiklərini əks halda bütün daxili orqanlara hücum edəcəklərini bildiriblər.

Bu məlumatda ayrıca, (Şeyx Nemer sərbəst buraxılmadığı təqdirdə) Əl Şərqıyə bölgəsindəki bütün neft quyularının atəşə veriləcəyi xəbərdarlığı edildi.

Səudiyyə Ərəbistanının öndə gedən Şiə liderlərindən Şeyx Nemer Baqir Ali Nemer keçən bazar günü Səudiyyə rejimi təhlükəsizlik gücləri tərəfindən yaralandıqdan sonra naməlum istiqamətə qaçırıldı.
Source : İslamtimes
Comment