QR CodeQR Code

İki Şiə gənc Səudiyyə qüvvələri tərəfindən həbs edilib

İslamtimes , 16 Jul 2012 00:16

İslamtimes - İki şiə müsəlman Seyid Haşim Əl Avami və Adnan Əl Abdul Cabar 13 iyul 2012-ci ildə Qətif şəhərində Səudiyyə qüvvələri tərəfindən həbs edilmiş və naməlum istiqamətə aparılmışdır.


islamtimes.org/az/ - Mənbənin verdiyi məlumata görə Seyid Haşim Əl Avami və Adnan Əl Abdul Cabar Qətif şəhərində dinc nümayişlər zamanı həbs edilmişdilər. Yüzlərlə etirazçı 8 iyulda Səudiyyə qüvvələri tərəfindən yaralanaraq həbs edilmiş Şeyx Nimarın tezliklə azadlığa buraxılmasını tələb ediblər.

Həbs edilən Seyid Haşim və Adnan Cabar naməlum yerə aparılmışdılar. Ailələrinin də onların harda olması haqda heç bir məlumatı yoxdur.

10 iyul 2012-ci ildə Səudiyyə təhlükəsizlik qüvvələri həmçinin digər gənc Şiə olan Heydər Əli Əl Davudu həbs etmişdilər.


Story Code: 179422

News Link :
https://www.islamtimes.org/az/news/179422/iki-şiə-gənc-səudiyyə-qüvvələri-tərəfindən-həbs-edilib

Islam Times
  https://www.islamtimes.org