0
Monday 16 July 2012 - 20:35

Klinton sionist rejimi ilə fikir ayrılığı olmasını etiraf etdi

Story Code : 179684
Klinton sionist rejimi ilə fikir ayrılığı olmasını etiraf etdi
Klinton sionist rejimi ilə fikir ayrılığı olmasını etiraf etdi
"IslamTimes" İsrailin "Haartez" qəzetinə istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Hillari Klinton İsraildə Aviqdor Liberman və Şimon Pereslə görüşüb. Görüş zamanı İranla bağlı tərəflər arasında fikir ayrılığı yarandığı üçün gərginlik yaşandığı bildirilir.

Hillari Klinton işğalçı İsrail rejimi prezidenti Şimon Pereslə görüşdən sonra deyib: "İsrail və ABŞ Orta Şərqdə baş vermiş ümumi dəyişikliklər haqqında düşünərək, bu dəyişikliklərlə üz-üzə gəlməlidir."

Klinton İranın nüvə fəaliyyətləri və fələstinlilərlə sülh planı barədə deyib: "Bu gün biz həm tərəddüdlüyük, həm də bizim üçün müəyyən fürsətlər yaranıb..."

Xüsusi ilə Orta Şərqdə cinayətkar siması ilə tanınan ABŞ dövlətinin xarici işlər naziri sözlərinin davamında əlavə edib: "Biz hazırda əmniyyət, sülh, demokratiya kimi müştərək hədəflərimizə nail olmağa çalışmalıyıq."
Comment