QR CodeQR Code

Səudiyyənin Ali Xəlifə rejiminə dəstəyi qorxudan irəli gəlir

Islamtimes , 16 Jul 2012 21:44

Islamtimes - Beyrutda yerləşən Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru Hişam Caber deyib: “Səudiyyə Ərəbistan bilir ki, Bəhreyndə baş verəcək demokratik çevriliş tezliklə Səudiyyə Ərəbistanına keçəcək.”


islamtimes.org/az/ - O Bəhreyndə və Səudiyyə Ərəbistanın şərq regionlarında baş verən hökumət əleyhinə nümayişlərə diqqət çəkərək bildirib ki, iki ölkə etirazçılarının arasında heç bir bağlılıq yoxdur, ancaq hər iki ölkə etirazçılarının tələbləri demokratiya və azadlıqdır.

Caber nümayişçilərə qarşı zorakılıqdan istifadə etmənin düzgün yol olmadığını bildirmiş və Bəhreyn və Səudiyyə Ərəbistan böhranının həll yolunun yalnız Manama və Riyadın xalqın çağırışlarına cavab vermək olduğunu demişdir.

O həmçinin Səudiyyə və Bəhreyn hökumətini ABŞ-a güvənməməyə çağırmış və demişdir ki, həmişə gördüyümüz kimi Amerika sonda onları tərk edib özünə yeni tərəfdaş tapacaq. Misir və Tunis bunun bariz nümunəsidir.


Story Code: 179694

News Link :
https://www.islamtimes.org/az/news/179694/səudiyyənin-ali-xəlifə-rejiminə-dəstəyi-qorxudan-irəli-gəlir

Islam Times
  https://www.islamtimes.org