QR CodeQR Code

"Əsəd xalqının onu dəstəklədiyi üçün getməyəcək"

XezerXeber , 16 Jul 2012 22:30

IslamTimes - Sergey Lavrov: "Biz Əsədi yox, Annan planını dəstəkləyirik"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya prezidenti Bəşər Əsədi deyil, Annan planını dəstəklədiklərini söyləyib.

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın Moskva səfərindən əvvəl mətbuat konfransı keçirən Lavrov Moskvanın Əsədi deyil, Annan planını dəstəklədiyini söyləyib. Lavrov "Əl Qaidə"nin Suriya böhranında daha aktiv rol oynadığını bildirib.

Rusiyanın xarici işlər naziri Qərbin Əsədin istefa verməsi üçün Rusiyadan dəstək istədiyini söyləyib: "Qərb bizdən Əsədi razı salmağımızı və kreslosunu öz iradəsiylə buraxmasını təmin etməyimizi istəyir. Amma bu, real istək deyil. Əsəd getməyəcək. Biz istədiyimiz üçün deyil, ölkəsinin böyük əksəriyyəti onu dəstəklədiyi üçün getməyəcək".

Nazir Rusiyanın Suriyadakı BMT müşahdiəçilərinin müddətinin uzadılmasını təklif etdiyini, ancaq Qərbin bu təklifə cavab olaraq təhlükəli yanaşma nümayiş etdirdiyini iddia edib: "Bizə BMT-də 7-ci maddəni qəbul etməyəcəyimiz təqdirdə irəli sürdüyümüz BMT Müşahidə Missiyasının müddətinin uzadılması təklifini qəbul etməyəcəklərini söyləyirlər. Bu yanaşma çox təhlükəlidir. Çünki müşahidəçilərdən bir kart kimi istifadə etmək qəbuledilməzdir".


Story Code: 179702

News Link :
https://www.islamtimes.org/az/news/179702/əsəd-xalqının-onu-dəstəklədiyi-üçün-getməyəcək

Islam Times
  https://www.islamtimes.org