0
Monday 16 July 2012 - 23:19

Əhli-Sünnə və Şiəyə düşmən olan xəvariclər yenədə məscid partlatdılar

Story Code : 179710
Əhli-Sünnə və Şiəyə düşmən olan xəvariclər yenədə məscid partlatdılar
Əhli-Sünnə və Şiəyə düşmən olan xəvariclər yenədə məscid partlatdılar
Islam times.org/az/ - Nigeriyada özlərinə İslamçı adını qoyan Boko Haram terror təşkilatının üzvləri yenidən məscidə hücum ediblər.

Nigeriyanın Maydiquru şəhərində cümə namazı zamanı 15 yaşlı bir yeniyetmə məscidə girərək özünü partladıb. Nəticədə 5 nəfər müsəlman həlak olub 6 nəfər yaralanmışdır.

Bu məlumatı Associated Press yerli Daxili İşlər Nazirliyinə istinadən bilidirib. Mənbənin bildirdiyinə görə, cümə namazında Borno Zanna əyalətinin qubernatoru Ömər Mustafa və dini lider imam Əbubəkr Ömər Qarabay Kanemi iştirak ediblər. Və elə hədəfdə məhz onlar olub. Çünki intiharçı terrorçu yeniyetmə məhz onların oturduğu istiqamətə getmək üçün can atırmış. Amma partlayış zamanı adı çəkilən insanlar xəsarət almayıb.

Boko Haram Əl-Qaidə terror təşkilatına bağlı olduğundan, yerli Əhli-Sünnə lider və aktivistləri onların zorakı əməllərini dəfələrlə pisləmişdilər.

Qeyd edək ki, Boko Haram terrorçularının belə iyərnc əməlləri ilk hal deyildir. Bundan öncədə dəfələrlə yerli sadə müsəlmanlar onların zorakılıqlarının qurbanına çevriliblər. Bir məsələ burada dəqiq aydın olur ki, Əl-Qaidə və Xəvariclər nəinki Qərbə elə Əhli-Sünnə və Şiə müsəlmanlarınada düşməndirlər. Statistikaya əsasən, Əl-Qaidənin törətdiyi terror əməlindən ən çox zərər görən sadə müsəlmanlardır.
Source : İslamtimes
Comment