QR CodeQR Code

Rusiya "Annan Planı"nı yeganə yol kimi görür

17 Jul 2012 12:45

IslamTimes - Kofi Annan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.


Kremlin mətbuat xidməti bildirir ki, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Birliyinin Suriya xüsusi nümayəndəsi Kofi Annan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Putin-Annan görüşündən əvvəl Kremldən verilən açıqlamada, Rusiyanın "Annan Planı"nı Suriya böhranının həlli üçün yeganə yol kimi gördüyü bildirilir.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın Əsədi deyil, Annan Planını dəstəklədiyini söyləmişdi. /Faktxeber/


Story Code: 179852

News Link :
https://www.islamtimes.org/az/news/179852/rusiya-annan-planı-nı-yeganə-yol-kimi-görür

Islam Times
  https://www.islamtimes.org