QR CodeQR Code

Azərbaycana təzyiqlər artır

17 Jul 2012 16:14

IslamTimes - Ketrin Eştondan Azərbaycanda siyasi repressiyalara son qoyulmasını tələb etməyə çağırıblar


Avropa Parlamentinin altı üzvü Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştona məktub göndərib.

Deputatlar K.Eştonun 26 iyun tarixli bəyanatını alqışlayıblar. O, bəyanatda Azərbaycan hakimiyyətini vətəndaşların siyasi motivlərlə təqib olunması faktlarına son qoymağa çağırıb.

Eyni zamanda deputatlar qeyd edirlər ki, “Eurovision” dan sonra Azərbaycan hakimiyyəti siyasi opponentlərə təzyiqləri artırıb və siyasi motivli həbslər praktikasını davam etdirir.

Buna misal kimi RATİ-nin fotoreportyoru Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması, “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun həbsi göstərilib.

Məktubda xatırladılır ki, iyunun 26-da Avropa Şurasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycan hakimiyyətini təxminən 80 siyasi məhbusun problemini həll etməyə və gələcəkdə bu cür həbslərə yol verməməyə çağıran qətnamə qəbul edib.

“Biz Azərbaycan hakimiyyətindən vətəndaşların siyasi motivlərlə təqib olunması praktikasına dərhal son qoyulmasını, Avropa Şurasının üzvü kimi öz ölkəsinin bu sahədə öhdəliklərini təmin etməsini tələb edirik”, - məktubda deyilir. (Turan)


Story Code: 179927

News Link :
https://www.islamtimes.org/az/news/179927/azərbaycana-təzyiqlər-artır

Islam Times
  https://www.islamtimes.org