0
Wednesday 18 July 2012 - 11:48

İsrailin yeni hiyləsi

Story Code : 180120
İsrailin yeni hiyləsi
İsrailin yeni hiyləsi
O, Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin təhlükə ilə üzləşəcəyini bildirib.

Aviv Kochavi çıxışında iddia edib ki, Əsəd rejimi iki aydan iki ilə qədər davam gətirə biləcəkdir. Buna maddi sübut kimi Suriyada baş verən video görüntülər İsrail Knessetində nümayiş etdirilib. Ləzzətlə müsəlmanların bir-birləri ilə vuruşmasını izləyən İsrail deputatları sonradan yenidən generalın məruzəsinin davamını dinləyiblər. Kəşfiyatçı general çıxışı zamanı Suriya İsrail sərhədində olan Qolan yüksəklikləri haqda danışıb. Bildirib ki, Əsəd rejimi ilə İsrail arasında ciddi düşmənçilik hökm sürsə də amma hələ ki, Qolan yüksəklikləri məsələsi sakit olaraq qalırdı. Generalın iddia edib ki, silahlılar hakimiyyətə gəlsə bu məsələ yenidən gündəmə gələcəkdir və İsrail Suriya qarşıdurması yarana biləcəkdir. Kəşfiyatçı İranı və Hizbullahı da yaddan çıxartmayıb. Onun sözlərinə görə, artıq İran və Hizbullah bu barədə planlar cızıblar. Ona görə də, İsrail hər məsələni ciddi izləməli və qabaqcadan tədarük görməlidir.
Comment