0
Wednesday 18 July 2012 - 12:35

Regionun təhlükəsizliyi tam İranın nəzarəti altındadır

Story Code : 180132
Regionun təhlükəsizliyi tam İranın nəzarəti altındadır
Regionun təhlükəsizliyi tam İranın nəzarəti altındadır
Admiral Səyyari deyib: “İran İslam Respublikasının nəzarəti əsasında regionda təhlükəsizlik höküm sürür.”
O əlavə edərək deyib: “Bütöv region üzərində idarəçiliyi olan dövlət regiondakı sülhü əldə saxlamaq üçün gərək əlində olan bütün imkanlardan istifadə etsin.”
Keçən illər ərzində İran müdafiə sahəsində xeyli nailiyyətlər əldə etmiş, ordusunu müasir tipli silahlarla təmin etmiş və müxtəlif təlimlər keçməklə öz hərbi qüdrətini dünyaya nümayiş etdirmişdir.
İran dəfələrlə dövlətləri, məxsusən də qonşu dövlətləri əmin edərək bildirmişdir ki, onun hərbi gücü heç bir dövlətə təhlükə deyil və bu gücdən yalnız ölkənin müdafiəsini təmin etmək üçün istifadə olunur.
2011-ci ilin dekabrında İran Hərbi Donanması Hörmüz boğazının şərq hissəsindən başlayaraq Ədən körfəzinə kimi ərazidə 10 günlük Vilayət 90 adlı təlimlər keçirmişdilər.
Comment