QR CodeQR Code

"Səudiyyə rəsmiləri şiə xalqın hüquqlarına hörmətlə yanaşmalıdır"

18 Jul 2012 14:09

IslamTimes - Ali İslam ruhanisi Ayətullah Nasir Məkarim Şirazi Səudiyyə rəsmilərini şiə xalqın haqlarına hörmətlə yanaşmağa və onlara zorakılıq tətbiq etməkdən əl çəkməyə çağırıb.


Məkarim Şirazi İslam dünyasında baş verən İslami Oyanış Hərakatına diqqət çəkərək bildirib ki, bu oyanış artıq Səudiyyə Ərəbistanına da çatmışdır.
Qeyd edək ki, daha əvvəllər də Ayətullah Nasir Məkarim Şirazi bütün müsəlmanları hegamon rejimlərin istəklərinə cavab verməməyə və bu yolda ruhdan düşməməyə səsləmişdir.
Ali Ruhani həmçinin müxtəlif məzhəblərdən olan müsəlmanları vəhdətə çağırmış və hər bir məsələdə bir yerdə olmalarının lazımlığını bildirmişdir.
Ayətullah Məkarim Şirazi deyib: “Müsəlmanlar gərək etnik çəkişmələrdən çəkinsinlər.”


Story Code: 180167

News Link :
https://www.islamtimes.org/az/news/180167/səudiyyə-rəsmiləri-şiə-xalqın-hüquqlarına-hörmətlə-yanaşmalıdır

Islam Times
  https://www.islamtimes.org