0
Wednesday 18 July 2012 - 21:30

ABŞ Rusiyanın Suriya münaqişəsini həll etmə üslubu ilə razılaşmayıb

Story Code : 180247
ABŞ Rusiyanın Suriya münaqişəsini həll etmə üslubu ilə razılaşmayıb
ABŞ Rusiyanın Suriya münaqişəsini həll etmə üslubu ilə razılaşmayıb
Islam times.org/az/ - ABŞ dövlət katibi Hillari Klinton bazar ertəsi günü Şərqi Qüdsdə mətbuat konfransı zamanı çıxış edərək deyib: “Biz Təhlükəsizlik Şurasına təziqlər göstərməyi davam etdirəcəyik. Həmçinin Rusiyaya da təziqlər göstərəcəyik və inanırıq ki, Suriya rejimi çox yaşamayacaq.”

O bu açıqlamanı Rusiya Xarici İşlər naziri Serqey Lavrovun Suriya daxili işlərinə xarici müdaxiləni tənqid etdikdən və Suriyaya hərbi müdaxilə etmək üçün Qərbin Moskvanı şantaj etdiyini bildirdikdən sonra etmişdir.

Lavrov deyib ki, Qərbin təhdidlərindən məqsəd Rusiya Yaxın Şərqə müdaxiləyə razı olmadığı təqdirdə BMT-nin Suriyaya sülh missiyasının davam etməsinin qarşısını almaqdan ibarətdir.

O deyib: “Biz Cenevrə konvensiyasına əsaslanmayan Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçməsinə icazə verməyəcəyik.” Rusiyalı diplomat bu açıqlamanı BMT Ərəb Liqası nümayəndəsi Kofi Annan ilə görüşməzdən əvvəl etmişdir.

Rəsmi Moskva dəfələrlə bildirib ki, Suriyanın güc strukturlarında dəyişiklik yalnız danışıqlar yolu ilə həll edilməlidir.
Source : Islamtimes
Comment