QR CodeQR Code

İran Bəhreynlilərə qarşı kimyəvi qazdan istifadəyə görə narahatçılıq bildirib

İslamtimes , 18 Jul 2012 21:37

İslamtimes - İranın Afrika və Ərəb ölkələrinin işləri üzrə xaric işlər nazirinin müavini Huseyn Əmir Abdullahi Bəhreyn xalqına qarşı kimyəvi qazdan istifadəsinə görə İranın narazılığını çatdırıb.


islamtimes.org/az/ - Bəhreyn hökumətini kimyəvi qazlarla təmin etdiyi üçün Qərb dövlətlərini tənqid edən İran rəsmisi bildirib ki, bu qazların istifadəsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla Bəhreyinli həlak olmuş və ya yaralanmışdılar.

Əmir Abdullah bildirib ki, Bəhreyndəki vəziyyət daha da kəskinləşməkdədir.

Bəhreyn hökumətini xalqın tələblərinə hörmətlə yanaşmamaqda tənqid edən İran rəsmisi deyib ki, Bəhreyn hökuməti insan haqlarını pozur.

Əmir Abdullahi daha sonra Səudiyyə ordusunun Bəhreyndə yerləşdirilməsini tənqid etmiş və bildirmişdir ki, Bəhreyn münaqişəsi yalnız diplomatik yolla həll edilə bilər.


Story Code: 180250

News Link :
https://www.islamtimes.org/az/news/180250/iran-bəhreynlilərə-qarşı-kimyəvi-qazdan-istifadəyə-görə-narahatçılıq-bildirib

Islam Times
  https://www.islamtimes.org