QR CodeQR Code

İranda saxlanılan şairlər ailə üzvləri ilə görüşəcək

19 Jul 2012 09:52

IslamTimes - Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub.


Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
"Azərbaycanın Təbrizdəki baş konsulu bu barədə Şərqi Azərbaycan vilayətinin qubernatoru ilə razılığa gəlib", - Abdullayev deyib.
Qeyd edək ki, poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar. Onlar casusluqda ittiham edilirlər.


Story Code: 180364

News Link :
https://www.islamtimes.org/az/news/180364/iranda-saxlanılan-şairlər-ailə-üzvləri-ilə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org