0
Thursday 19 July 2012 - 11:51

Azərbaycanda hərbi hissənin bazası yanır, yaralananlar var

Story Code : 180397
Azərbaycanda hərbi hissənin bazası yanır...
Azərbaycanda hərbi hissənin bazası yanır...
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, yanğın zamanı 3 FHN əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisi travma, biri isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. /Milli.Az/
Comment