0
Thursday 19 July 2012 - 18:51

Ömər Süleyman ABŞ-da gözlərini əbədi olaraq qapadı

Story Code : 180474
Ömər Süleyman
Ömər Süleyman
APA-nın məlumatına görə, Ömər Süleyman müayinə və müalicə olunmaq üçün ABŞ-a gedibmiş. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmır.

Xatırladaq ki, Misir kəşfiyyatına uzun illər rəhbərlik etmiş Ömər Süleyman sabiq prezident diktator Hüsnü Mübarəkin ən yaxın silahdaşlarından hesab olunurdu. Misirin İsraillə gizli danışıqları məhz Ömər Süleymanın təşkilatçılığı ilə həyata keçirilib. Hüsnü Mübarək özündən sonra hakimiyyəti Ömər Süleymana təhvil vermək istəsə də, hakimiyyət Hüseyn Tantavinin rəhbərlik etdiyi Ali Hərbi Şuraya keçib. Ömər Süleyman prezidentliyə namizədliyini isrəli sürsə də, onun namizədliyi qeydə alınmayıb.
Comment