QR CodeQR Code

Madriddə polislə nümayişçilər arasında toqquşma olub

20 Jul 2012 09:21

IslamTimes - Madriddə polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmada 26 nəfər yaralanıb.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 6 etirazçı həbs olunub.
Polislə toqquşma nümayişçilərin İspaniya parlamentinin alt palatası olan Konqresin binasına daxil olmağa cəhd edərkən baş verib.
Aksiya iştirakçıları İspaniyada vergilərin artmasına, işsizlərə ayrılan yardımın azaldılmasına və dövlət işçilərinə verilən bonusların ləğv olunmasına etirazlarını bildiriblər.


Story Code: 180567

News Link :
https://www.islamtimes.org/az/news/180567/madriddə-polislə-nümayişçilər-arasında-toqquşma-olub

Islam Times
  https://www.islamtimes.org