QR CodeQR Code

Rusiya və Çin Suriya qətnaməsini 3 dəfə veto etdi

20 Jul 2012 10:01

IslamTimes - Rusiya və Çin Qərb ölkələrinin dəstəklədiyi Suriyaya qarşı sanksiyaları nəzərdə tutan BMT qətnaməsini veto etdi


BMT Təhlükəsizlik Şurasının Suriya əleyhinə yeni sanksiyalar üçün toplandı. Fransa, Almaniya, İngiltərə, Portuqaliya və ABŞ-ın hazırladığı, Suriyaya 7-ci maddə çərçivəsində daha çox sanksiya qərarını ehtiva edən layihə BMT TŞ-da səsverməyə çıxarılıb.

Kofi Annan hazırlanan qərar layihəsini təsdiqləməsi üçün Çini razı salmağa çalışarkən, Rusiya isə qərar layihəsini veto edəcəyi siqnalını vermişdi. Çin və Rusiya daha əvvəl BMT Təhlükəsizlik Şurasında Suriya əleyhinə alınan qərarları iki dəfə veto etmişdi. Bununla da Suriyaya edilə biləcək xarici müdaxilə 3-cü dəfə veto edilmiş oldu. /Deyerler/


Story Code: 180572

News Link :
https://www.islamtimes.org/az/news/180572/rusiya-və-çin-suriya-qətnaməsini-3-dəfə-veto-etdi

Islam Times
  https://www.islamtimes.org